Misirin daxili işlər nazirinə qarşı sui-qəsdə cəhd edilib

Misir rəsmilərinin bildirdiyinə görə, bu gün Qahirədə daxili işlər nazirinin evi yaxınlığında həyata keçirilən bomba hücumu azı 7 nəfərin yaralanmasına səbəb olub. Daxili işlər naziri Məhəmməd İbrahimin xəsarət almadığı bildirilir.

Dövlət mediası nazirə qarşı həyata keçirilən sui-qəsdin baş tutmadığını desə də, hücumun məsuliyyətinin kimin üzərinə düşdüyü barədə məlumat verməyib.

İlkin məlumatlarda maşına yerləşdirilmiş bombanın partladıldığı deyilsə də, sonradan bombanın yaxınlıqdakı binadan atıldığı bildirilib.