Misir məhkəməsi polisi qətlə yetirmək və digər zorakılıqlarda əli olmaqda ittiham edilən Müsəlman Qardaşlarının 683 tərəfdarını ölüm cəzasına məhkum edib. Hakim edam hökmünü bu gün Minya şəhərində bəyan edib.
Məhkəmə işi keçən ilin avqust ayında təhlükəsizlik qüvvələrinin Müsəlman Qardaşları tərəfdarlarının keçirdikləri nümayişləri dağıtmaq üçün zorakılıqlar həyata keçirməsindən sonra Misirin Minya şəhəri də daxil edilməklə, müxtəlif bölgələrində ölümlə nəticələnən qarşıdurmalarla bağlıdır.
İttihamçıların vəkillərindən biri Məhəmməd Əbdül Vahabın dediyinə görə, məhkəmənin qərarı hüquqi prosedurlara riayət olunmadığına sübutdur.
Keçən ay da həmin məhkəmə eyni ittihamlarla 529 nəfərə qarşı ölüm hökmü qərarı çıxarmışdı.