Misirdə xristianlara qarşı hücumlar davam edir

Silahlı bir şəxs Qahirənin cənub bölgəsindəki kilsə yaxınlığında atəş açaraq, azı dörd nəfəri öldürüb, beşini isə yaralayıb. Ölənlərdən birinin polis işçisi olduğu deyilir.

Misir rəsmilərinin dediyinə görə, bu gün Helvan vilayətindəki Meri Mina kilsəsinə hücum edən şəxs atışma zamanı öldürülüb.

Rəsmilər hücumda ikinci şəxsin də iştirak etdiyinin guman edildiyini və axtarış aparıldığını bildirib.

Hücumla bağlı detallı məlumatlar gəlməkdə davam edir. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

İslam Dövləti ötən il kilsələrinə bomba və alovlu silahlarla hücum edərək, onlarla xristianı qətlə yetirib.

2017-ci ilin may ayında militantların Maqhaqa şəhərindəki Müqəddəs Samuel kilsəsinə gedən xristianların avtobusuna hücumu zamanı 28 nəfər qətlə yetirilmişdi.

Aprel ayında isə İsgəndəriyyə və Nil deltasının Tanta şəhərindəki kilsələrə edilən intiharçı hücumları nəticəsində 43 nəfər öldürülmüş, onlarla insan yaralanmışdı.