Pakistan rəsmiləri ABŞ xüsusi xidmətinin keçən ilin may ayında öldürdüyü Əl-Qaidə lideri Osama bin Ladenin istehkamını dağıdıblar.
İşçilər söküntü işini Abbottabad şəhərində bu gün başa çatdırıb. Buldozerlər Bin Laden öldürülməmişdən əvvəl illər boyu yaşadığı 3 mərtəbəli beton iqamətgahın son qalıqlarını bu gün dağıdıblar.
Pakistan təhlükəsizlik qüvvələri söküntü prosesi zamanı ərazini əhatəyə alıb. Buna baxmayaraq yerli sakinlər orada nə baş verdiyinin şahidi olub.
Yerli sakin Neymətullah Xan deyir ki, bina o qədər güclü olub ki, onu dağıtmaq üçün ağır dağıdıcı qurğular 3 gün gecə-gündüz burada işləyib.
Nəzərinizə çatdıraq ki, rəsmilər bir zamanlar Əl-Qaidə terror təşkilatının liderinin evi olmuş bu iqamətgahın dağıdılmasının səbəblərini açıqlamayıblar.