Prezident İlham Əliyev sərəncamı ilə 634 nəfər əfv olunub. Onların 607 nəfəri həbsə məhkum edilmiş, 1 nəfəri cəzasının çəkilməmiş hissəsi təxirə salınmış, 9 nəfər şərti məhkum edilmiş, 6 nəfər islah işlərinə, 11 nəfər cərimə cəzasına məhkum edilmiş şəxslərdir.
Əfv olunanlar sırasında "siyasi məhbus" kimi tanınmış İlqar Məmmədov, Mehman Hüseynov, Əli İnsanov, Fuad Qəhrəmanlı, İlkin Rüstəmzadə, Seymur Həzi, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Fuad Qəhrəmanlı və digərlərinin adları yer almayıb.
İlkin məlumata görə, əfv olunanlar arasında 12 nəfər dindar və siyasi məhbus kimi tanınan şəxslərin adları var.