Paytaxt Kabildə yerləşən Əfqanıstanın özəl televiziya stansiyasının qərargahına bombalı və silahlı hücum nəticəsində ən azı 2 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.
Çərşənbə günü Şamşad televiziyasına olan hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Şahidlərin sözlərinə görə, günün erkən saatlarında bomba partladılması ilə başlayan hücumdan sonra silahlarla binanı atəşə tutublar.
Televiziyanın lentə aldığı görüntülərdə hücumçuların binanı atəşə tutduqları vaxt əfqan qüvvələrinin Böhrana Cavab bölməsinin binaya daxil olmaq istədikləri görünür.
Taliban qrupu baş verən insidentlə hər hansı bir əlaqəsi olduğunu inkar edib.
TV kanalının xəbərlər şöbəsinin direktoru Əfqanıstanın TOLO kanalına bildirib ki, hücum edənlər əvvəlcə binaya əl bombaları atdıqdan sonra qarşılarına çıxan hər kəsə güllə atmaqla, azı bir təhlükəsizlik işçisi öldürüb, xeyli insanı isə yaralayıb.
Əfqanıstan jurnalistlər və media işçiləri üçün ən təhlükəli hesab edilən ölkələrin siyahısındadır.