Taliban Əfqanıstanda onlarla insanı girov götürüb

Əfqanıstan rəsmiləri Taliban üsyançılarının ölkənin şərqində Pakistanla sərhəd bölgədə onlarla avtobus sərnişinini oğurladıqlarını bildirib.

İncident ölkənin cənub-şərqində yerləşən Paktiya vilayətinin Syed Karam bölgəsində baş verib.

Vilayət rəsmiləri və sakinlərin bildirdiyinə görə, yüzlərlə Taliban döyüşçüsü sərnişinlərin naməlum istiqamətdə aparılmasından öncə bir neçə saat ərzində 30-dan çox avtomobili yolda saxlayıb axtarış keçirib.

Talibanın sözçüsü Zəbiullah Mucahid girov götürülən 30-dan çox adam arasında Əfqanıstanın səkkiz mühüm rəsmisinin olduğunu deyərək, rəsmilərin aparılan insanların qadın və uşaqlardan ibarət olduğuna dair iddialarını təkzib etib.

Əfqanıstan təhlükəsizlik qüvvələri ərazidə axtarış əməliyyatına başlayıb.