Əfqanıstanda hərbi bazaya hücum zamanı üç ABŞ əsgəri yaralanıb

Əfqanıstanın şimalında, Balx vilayətində şənbə günü baş vermiş atışma zamanı bir əfqan əsgəri ölüb, ən azı üç amerikalı və bir əfqan əsgəri yaralanıblar. Ordu rəsmilərinin bildirdiyinə görə, atışma daxili hücum şübhəsindən sonra atılan atəşdən sonra başlayıb.

“Biz hal hazırda araşdırırıq. Hələlik bu hücum zamanı xarici əsgərlərin ölməsi ilə bağlı heç bir məlumat yoxdur. İlkin hesabatlar onu göstərir ki, hərbi bazaya baş çəkən ABŞ əsgərləri yaralanıblar.” Bu sözləri Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Mohammad Radmaniş deyib.

Sözçü Amerikanın Səsinə bildirib ki, hücum edən şəxs öldürülüb.

Əfqanıstan ordu komandanlığından yayılan ilkin hesabatlarda hücüm zamanı ABŞ əsgərlərinin öldüyü deyilirdi. Amma, daha sonra Əfqanıstan rəsmiləri məlumatı təkzib ediblər.

Yerli sakinlər bildirirlər ki, hərbi helikopterlər hal-hazırda ərazinin üzərində uçurlar.