Efiopiya və İndoneziyada təyyarə qəzaları arasında bənzərliyin olduğu müəyyən olunub

Efiopiya nəqliyyat naziri bazar günü bildirib ki, Efiopiya və İndoneziyada qəzaya uğrayan Boeing 737 MAX təyyarələrinin hər ikisinin qara qutularından əldə edilən məlumat qəzalar arasında bənzərliyi aydın göstərir.

Daqmavit Moqes müxbirlərə deyib ki, Efiopiya laynerinin qara qutusunun yaxşı vəziyyətdə olması orada olan demək olar ki, bütün məlumatları əldə etməyə kömək edib.

Nazir bənzərliyin konkret olaraq nələrdən ibarət olduğunu açıqlamayıb. Moqes deyib ki, ötən həftə 157 nəfərin ölümünə səbəb olmuş təyyarə qəzasından əldə edilən ilkin məlumat 30 gün ərzində ictimailəşdiriləcək.

Hətta qara qutu tapılmazndan əvvə, bir çoxları bu faciəvi hadisə ilə ötən ilin oktyabrında 189 sərnişin və ekipaj üzvünün ölümü ilə nəticələnən İndoneziya Lion Air Flight JT 610 qəzası arasında bənzərliyin olduğu barədə danışırdı.

Bu arada Efiopiya təyyarəsinin qəza qurbanlarına matəm saxlanılır. 17 boş tabut paytaxt küçələrinə çıxarılıb. Mərasim rəsmilərin 157 qurbanın ailələrinə onların cəsədləri deyil, torpaqla dolu kisələr verməsindən bir gün sonra keçirilib. Belə ki, onların kimliklərinin müəyyən edilməsi uzun vaxt aparacaq.

Təyyarədə həmçinin BMT-nin Nairobidə keçirilən Ətraf Mühit Konfransında iştirak etmək üçün səyahət edən BMT-nin 21 üzvü olub.

Qəzadan sonra ABŞ və 30-dan çox ölkə Boeing 737 MAX 8 təyyarələrinin uçuşlarını dayandırıb.

Bu arada Boeing software sistemini yeniləmə prosesini tamamladığını bildirib.