Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60-ı ötüb

Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60-ı ötüb.

Dövlət mediasının bildirdiyinə görə, ölənlərin sayı 62 nəfərdir. Əddis-Əbəbə meri isə 20-i kişi, 45 qadın olmaqla 65 nəfərin həlak olduğunu deyb.

49 yaşayış yeri dağılıb. Xilas işçiləri buldozerlərdən istifadə edərək dağıntıları təmizləyərək, sağ qalanların axtarışını davam etdirir.

Könüllülər əlləri ilə torpaqların altından insanları çıxarır. Onlarla şəhər sakini itkindir. Xəstəxana işçiləri 50-yə yaxın adamın müalicə edildiyini bildirir.

Hökumət dağıntılara nəyin səbəb olduunu deməsə də, gecəqondularda yaşayanlar yaxınlıqda bio-qaz zavodunun inşasına görə hökuməti günahlandırır.

Fransanın xəbər agentliyinə müsahibə verən kommunikasiya naziri Nigeri Lenço gecəqondularda yaşayanların zibil qalaqlarını qazaraq, zəmini sarsıtdığını deyib.

Əddis-Əbəbənin meri gecəqəondularda yaşayanların köçürüləcəyinə vəd verərək, böyüməkdə olan şəhər sakinlərinin sayını 4 milyona çatdıracağını deyib.

Efiopiya Afrikanın sürətlə inkişaf edən iqtisadiyyatına malikdir. Lakin ölkədə milyonlarla insan yoxsulluq səviyyəsindən aşağı həyat sürür.