Milli Təhlükəsizlik Agentliyinin milyonlarla amerikalının telefon danışıqlarını gizli dinlədiyinə dair verilən məhkəmə qərarından apellyasiya məhkəməsinə müraciət etməsi gözlənilir. Məhkəmə zamanı hakim dinləmələrin Konstitusiyaya uyğun olmadığını bildirib.
Qərar ABŞ kəşfiyyat qanunlarının legimitliyinə dair yeni suallar qaldırır. Rusiyada siyasi sığınacaq almış sabiq milli təhlükəsizlik podratçısı Eduard Snouden qərarı alqışlayıb. Ancaq milli təhlükəsizlik üzrə iki ekspert Amerikanın Səsinə bildirib ki, məhkəmələr hökümətin kəşfiyyat proqramlarını dəstəkləyə bilər.
Virciniya Universitetinin Milli TəhlükəsizliK Qanunu Mərkəzindən Robert Törner deyib ki, 1979-cu il ABŞ Ali Məhkəmə qanunları hətta mobil telefonların hələ icad edilmədiyi zaman telefon məlumatlarının toplanmasının qanuna uyğunluğunu təmin edib.
Hakim Leon məhkəmə zamanı bildirib ki, o, məhkəmə qərarı olmadan insanların şəxsi məlumatlarının toplanılmasını təsəvvür edə bilmir. O, qanunsuz axtarışların ABŞ Konstitusiyası tərəfindən qadağan olunduğunu deyib.
Hakim Leon qərarın icrasını tələb etməyib. O, hökümətə Apellyasiya Məhkəməsinə müraciət imkanı verib.