Sayman Aruz: Azərbaycan klassik ədəbiyyatına aid əlyazma kitablar ölkəyə gətirilib

Azərbaycan klassik ədəbiyyatına aid olan doqquz əlyazma kitabı İran milli arxivindən Azərbaycana gətirilib.

Your browser doesn’t support HTML5

Sayman Aruz: Azərbaycan kllassik ədəbiyyatına aid əlyazma kitablar ölkəyə gətirilib

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Amerikanın Səsinə müsahibəsində bildirilib.

Əlyazma

“Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi klassik ədəbiyyatımızın təbliğı və araşdırması ilə bərabər bir çox yeni nəsil şair-yazıçıları Quzey Azərbaycan ədəbi mühitinə təqdim edib”.

Onun sözlərinə görə, şöbənin səyləri nəticəsində bu günlərdə Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran milli arxivindən Azərbaycana gətirilib.

Əlyazma

“Bunlar İmadəddin Nəsiminin türkcə divanı, Qövsi Təbrizinin divanı, Əlişir Nəvainin divanı, Məhəmməd Füzulinin "Həqiqətüs-süəda" əsəri, "Qiyamətnamə", "Məclisi-kəşkul", "Bayquşnamə", "Müqəddəmətül-ədəb" və "Dəri-Türki" sözlük kitablarıdır”, o qeyd edib.

Sayman Aruz bildirib ki, bu kitablar ilk dəfədir Azərbaycana gətirilib.

“Arzu edirik ki, dünyanın müxtəlif guşələrinə səpələnmiş əlyazma kitablarımızın hamısını doğma vətənimizə gətirmək imkanı yaransın”, o qeyd edib.