Müğənni Ed ölüm ayağında olan qızın son arzusunu yerinə yetirib

Pərəstişkarlarının sevimli müğənnisi olmaq sevindirici haldır. Amma təəssüf ki, bəzən ürəkağrıdan anlar da olur.

Müğənni Ed Şiranın Tviter hesabında kistik fibroz xəstəliyindən əziyyət çəkən və vəfat etmək üzrə olan Triona Pristli adlı yeniyetmə qız üçün mahnı ifa etməsi xahiş edilib.

Tri Üçün Mahnı başlığı altında tviter mesajda Trionanın ölümündən əvvəl Edin onun üçün mahnı oxumasının qızın son arzusu olduğu yazılıb.

Bundan xəbər tutan Ed yeniyetmə irland qızına ən sevdiyi “Little Bird” mahnısını telefonla ifa edib.

15 yaşlı qız deyilənə görə telefonla mahnıya qulaq asan an yuxuya gedib və bundan bir qədər sonra vəfat edib.

Trionanın ailə üzvləri “Ed ona əbədi yuxuya getməsi üçün layla söyləyirdi” deyib.

Ed onun haqda deyilənləri təsdiqləyib. Tviter hesabında müğənni “Triona yerin beşik olsun, çox üzüldüm” sözlərini yazıb.

Kədərli hadisədən sonra mərhumun ailəsi qızlarının son arzusunu yerinə yetirdiyinə görə Edin fədakarlığını yüksək dəyərərək ona minnətdarlıqlarını bildirib.