Əbülfəz Qurbanlı: Ümid edirəm xalq qiymət artımına biganə qalmayacaq [Audio - Müsahibə]

Əbülfəz Qurbanlı

AXCP Gənclər Komitəsinin sərdi Milli Şuranın dekabrın 15-də keçirəcəyi mitinqə hazırlıq barədə danışıb
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın qiymət artımına etiraz olaraq dekabrın 15-də mitinq keçirmək barədə müraciətinə müsbət cavab verib. Mitinqə hazırlıqlar barədə Amerikanın Səsinə müsahibə verən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib ki, icazəsiz mitinqlərlə müqayisədə belə etiraz nümayişlərinə hazırlaşmaq daha asandır.

Fənc fəal deyir ki, son illər gənclərin fəallaşması bu mitinqdə də gənclərin üstünlük təşkil edəcəyinə dəlalət edir. Ancaq cənab Qurbanlı bunun ağır nəticələrinin olduğunu da xatırladır. Onun sözlərinə görə, son bir ildə çoxsaylı gəncin həbs edilməsi bunun bariz nümunəsidir. "Hökumət gəncliyin fəallaşması ilə barışa bilmir. AXCP-nin Gənclər Komutəsinin I Ümumrespublika konfransına ayrılmış Bakı kinoteatrını əsaslı təmirə dayandırıblar və beləliklə də bizim konfransımızın keçirilməsinə mane olurlar" - deyə Əbülfəz Qurbanlı Amerikanın Səsinə müsahibəsində bildirib.

Your browser doesn’t support HTML5

Əbülfəz Qurbanlı ilə müsahibə