Azərbaycan “Ebola”ya bir milyon dollar ayırıb

Ebola virusu

Azərbaycan “Ebola” ilə mübarizə məqsədilə BMT-nin Qlobal Fonduna yardım edəcək.

Trend agentliyinin məlumatına görə yardım Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ayrılıb.

Yardım 1 milyon dollar həcmində müəyyənləşdirilib.