ABŞ-da karantində olan tibb bacısı xəstəxənadan çıxıb

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) Afrikadan geri dönən səhiyyə işçiləri ilə bağlı yeni qaydalar tətbiq etdiyi üçün ebolaya yoluxmuş xəstələrlə birbaşa təmasda olduğu üçün karantinə salınmış tibb bacısı xəstəxanadan çıxıb.

Dünən CDC ebolaya yoluxma risklərinin yüksək olan səhiyyə işçilərini könüllü şəkildə özlərinə karantin tətbiq etməyə çağırıb. Lakin qurum həmçinin bildirib ki, Qərbi Afrikandan dönən əksər səhiyyə işçilərinin təcrid olunmasına ehtiyac yoxdur və onlar ABŞ rəsmiləri tərəfindən müşahidə oluna bilər.

Eyni zamanda, Siera Leonedə ebola virusuna yoluxmuş xəstələri müalicə edən tibb bacısı Nyu Cersidə məcburi karantindən çıxarılıb. Keysi Hikoks cümə günü Nyuvark beynəlxalq hava limanına endiyi zaman məcburi şəkildə təcrid olunmuşdu.

Virusun aşkar edilmədiyi Hikoks rəsmiləri məcburi karantinə görə məhkəməyə verəcəyi ilə hədələyib.

Ötən həftənin cümə günü qonşu Nyu York ştatının qubernatoru Endrü Kuomo buna bənzər məcburi karantinə dair qanunu elan edib, lakin iki gün sonra Obama administrasiyası və doktor Entoni Herris kimi tibbi ekspertlərin kəskin tənqidindən sonra onu dəyişdirib.

Qubenatorlar Kuomo və Kristi Qvineyada ebola xəstələrini müalicə edən həkimin Nyu-Yorkda ebola virusuna yoluxmuş ilk insan olduğundan sonra öz ştatlarında məcburi karantin protokolunu tətbiq ediblər.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yeni qaydaları sadəcə məsləhət xarakteri daşıyır və federal hökümət ştatları bu qanunu qəbul etməyə məcbur edə bilməz.

Ebola virusu nəticəsində Qvineya, Sierra Leone və Liberiyada 5000-ə yaxın insan dünyasını dəyişib.