Ümumdünya Səhiyyə Təşkilatı : Ebola epidemiya halı almayıb

Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada ebolanın epidemiya halı almadığını bildirir. Təşkilatın məqsədi virusun yayılması ilə bağlı panikanı azaltmaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Qreqori Hartl Sərhədsiz Həkimlər təşkilatının virusun yayılması halını presidentsiz adlandırmasını rədd edib.

O, bundan əvvəl Uqanda və Demokratik Konqo respublikasında yoluxma hallarının daha yüksək olduğunu bildirib. Sözçü bildirib ki, 2000-2001-ci illərdə Uqandada virusa yoluxan 400 adam qeydə alınmışdı. Təşkilat bu ölkədə qeydə alının 122 xəstədən 80-nin öldüyünü deyir.

Qvineyanın paytaxtı Konakridə 4 xəstə olduğunu bildrən Hartl böyük şəhərlərdə bu göstəricinin qeyri-adi olmadığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin qonşu ölkələrə yayılmadığını bildirib. Sierra Leonedə xəstə olduqlarından şübhələnilən insanların tətlilləri təmiz çıxıb.

Seneqal Qvineya ilə sərhədlərini bağlayıb. Lakin buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı səyahətlərin məhdudlaşdırılmasını tövsiyə etmir.

Ümumdünya Səhiyyə Təşkilatı ebola xəstəliyini ən keçici virus xəstəliyi adlandırır. Virus tər, qan, tüpürcək yolu ilə yayılır.

Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Son dəfə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb. Uqanda və Konqoda 57 adam ölüb. 2007-ci ildə Konqoda virus 187 adamın həyatına son qoyub.