Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada ilk dəfə 59 adamın ebola xəstəliyindən dünyasını dəyişdiyini bildirir.
Qvineyanın Səhiyyə Nazirliyi 86 adamın fevral ayının 9-dən bəri ebolaya yoluxduğunu bəyan edib.
Qvineyadan Liberiaya sərhədlərini keçən 5 adamın həmin diaqnozla öldüyü bildirilir.
Səhiyyə rəsmiləri hazırda Sierra Leonedə tədqiqat aparır.
Uşaqların inkişafı planınn regional direktoru Roland Berehodoqunun dediyinə görə, insanları təşviş bürüyüb. Lakin o, kütləvi çəkildə köçmlərin qeydə alınmadığını deyib.“Biz hökumət və səhiyyə nazirliyi, televiziya, yerli radiolar və SMS vasitəsi ilə maarifləndirmə proqramı həyata keçirir, insanları vəziyyətlə tanış edir, onlara virusdan müdafiə yollarını öyrədirik.”
Roland Berehodoqu deyib ki, uşaqların biri-biri ilə sıx təmasda olduğu məktəblərlə bağlı narahatlıq böyükdür.
Ümumdünya Səhiyyə Təşkilatı ebola xəstəliyini ən keçici virus xəstəliyi adlandırır. Virus tər, qan, tüpürcək yolu ilə yayılır.
Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Son dəfə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb. Uqanda və Konqoda 57 adam ölüb. 2007-ci ildə Konqoda virus 187 adamın həyatına son qoyub.
Səhiyyə rəsmiləri hazırda güclü müdafiə tədbirləri həyata keçirir. Bunlara materialların və vəfat edənlərin cəsədlərinin uyğun şəkildə məhvi daxildir.
İnfeksiyanın yayılma müddəti fərqlidir.
Bundan əvvəl ebola Qvineyada yayılmadığı üçün onun diaqnozlaşdırılması çətin olub. Belə ki, bu xəstəliyin simptomlarını digərləri ilə eyni olduğu üçün onları tanımaq mümkün deyil.
Yardım təşkilatları səhiyyə işçilərini tibbi ləvazımat və sipmtomların yüngülləşdirilməsi üçün dərman preparatları ilə təmin edir.