Ebola virusunun qarşısının alınması üçün səylər davam etdirilir

Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzi Qərbi Afrikanın üç ölkəsində baş qaldıran öldürücü Ebola virusunun qarşısının alınması məqsədilə bölgəyə 50 nəfərdən ibarət mütəxəssis göndərəcək. Mütəxəssislər Qvineya, Syerra Leone və Liberiyaya bu ayın axırında yola düşəcək.

Ümümdünya Səhiyyə Təşkilatı keçən həftə Ebola virusunun yayıldığı üç ölkədə nəzarətin artırılması və tədbirlərin gücləndirilməsi üçün 100 milyon dollar maliyyə ayrıldığını elan edib. Təşkilatın sözçüsü belə bir planın həyata keçirilməsi üçün 600-ə qədər mütəxəssisin bölgəyə göndərilməli olduğunu deyib.

Qırmızı Xaç Təşkilatının 2000-dən çox könüllüsü artıq virusun yayıldığı üç ölkədədir.