Əbdürrəhman Mustafa: Bu savaş deyil, türkmənlərə qarşı qətliam təşəbbüsüdür [Audio-Müsahibə]

Əbdürrəhman Mustafa

Suriya Türkmən Məclisinin başqanı Amerikanın Səsinə danışır

“Qarşımızda dünyanın ikinci super gücü Rusiya var... Təl-Abyadda PYD terror təşkilatı, Hələbdə İŞİD terror təşkilatı, Hama və Homsda Əsəd çətələri, Hizbullah və İran dəstələri, dağda da hamısı birdən türkmənləri vururlar,” Suriya Türkmən Məclisi Başqanı Əbdürrəhman Mustafa deyir. Amerikanın Səsinə müsahibədə cənab Mustafa Suriyada vətəndaş müharibəsinə tərəf müxtəlif qüvvələrin türkmənləri bitirmək istiqamətində ümumi hədəf paylaşdıqlarını vurğulayır.

Your browser doesn’t support HTML5

Suriya türkmənlərinin lideri Amerikanın Səsinə danışır

Rusiyanın hava hücumlarına başlamasından bəri türkmən kəndlərinin misilsiz bombardmana məruz qaldığını ifadə edən cənab Mustafa Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonrakı durumu şərh edib.

“Uçağın düşürülməsindən sonra [bombardmanın] azalmadığını gördük, ancaq artdığını da hiss etmədik. Çünki, Rusiya onsuz da müdaxilə etdiyi ilk gündən bəri bənzəri görülməmiş bir şəkildə vurur.”

Burada bir savaş yoxdur, bir tənasüb yoxdur. Qətliama təşəbbüs edən beynəlxalq anlaşmaları, savaş qurallarını heçə sayan bir güc vardır. Uluslar arası yasaq olan bombalar istifadə edildi, misal üçün, misket bombası. Sivilləri hədəf aldı.”
Abdurrahman Mustafa

O, xüsusilə Rusiyanın müdaxiləsindən sonra türkmənlərə qarşı tətbiq edilənlərin artıq savaş deyil, qətliam təşəbbüsü olduğunu vurğulayır.

Türkiyə-Suriya sərhəd bölgəsində yerləşən qaçqın düşərgəsində Türkmən qaçqınlar

“Əsəd gücləri üç ildir Türkmən Dağında, Bayır-bucaqda varil/çəllək bombaları atır. Ancaq, bu, Rusiyanın gəlməsi ilə birlikdə, 10 gündən artıqdır ki eşi, bənzəri görülməyən bir bombardmana çevirilib. Mülki vətəndaşları, əsgərləri vururlar. Zatən orada kəndlilər oturur. Bizim əsgərlərimizə də əsgər deyə bilməzsiniz. Orada, kəndlərində oturanlar özlərini qoruyan gənclərimizdir. Rusiya orada hər şeyi hədəf alır. Xəstəxanamız var idi, onu hədəf aldı. İlk iki gündə 150-yə yaxın yaralı, 13 də şəhidimiz vardı sivillərdən. Ambulansları vurdu. Strateji bölgə olan Qızıl Dağı ələ keçirməyə çalışdı. Bir neçə dəfə əl dəyişdirdi, ancaq bu anda, Allaha şükür, türkmənlərin əlindədir.”

Türkmən Məclisi başqanı türkmənlərin sona qədər kəndlərini qorumaq uğrunda savaşacaqlarını söyləyir. Onun dediklərinə görə, “təəsüflə qarşımızda dünyanın ikinci böyük super gücü var, burada bir savaş yoxdur, bir tənasüb yoxdur. Qətliama təşəbbüs edən beynəlxalq anlaşmaları, savaş qurallarını heçə sayan bir güc vardır. Uluslar arası yasaq olan bombalar istifadə edildi, misal üçün, misket bombası. Sivilləri hədəf aldı.”

Türkmən lider Bayır-bucaq bölgəsini Suriya türkmənlərinin son istehkamı kimi dəyərləndirir:

İranın da öz planları var bölgədə İnsanların qanı üzərindən öz çıxarını əldə etməyə çalışır. Ən başda da türkmənlərin üzərinə hücum edir.
Abdurrahman Mustafa

“Təl-Abyad və Raqqada PYD etnik demoqrafiyanı dəyişdirmək üçün bizi min illik yaşadığımız bölgədən sürdü. Bununla bağlı BMT və Amnesty International-ın bəyanatları var. Cerablusda, Hələbin quzeyindəki 500 min türkmən hələ orada, İŞİD nəzarətində yaşayır. Humus, Hamada zatən Əsəd rejimi iki il öncə etnik təmizlik yapdı. İndi də Bayır-bucaqda olan türkmənləri sürdükdən sonra Suriyanın gələcəyində türkmənlərə rol verməməyə çalışırlar. Bosniyada öncə boşnak qardaşlarımızı qətl edib, sonra da qatilləri ilə birlikdə masaya oturtdular. İndi də Rusiya eynisini türkmənlərə qarşı etməyə çalışır.”

Əbdürrəhman Mustafa türkmənlərin kəndlərini, evlərini buraxmaq istəmədiklərini, sadəcə bəzilərinin daha təhlükəsiz bölgələr ya Türkiyə sərhəddinə yaxın qaçqın düşərgələrində yerləşdirildiyini bildirir.

Rusiyanın bombaladığı bu bölgələrdə İŞİD ya hər hansı digər radikal qruplarının heç bir qüvvəsinin mövcud olmadığını vurğulayan türkmən lider Rusiyanın da radikal qruplara qarşı deyil ən çox mötədil müxaliflərə qarşı hava hücumları tətbiq etdiyini söyləyir. O, türkmənlərin Hələbin şimalında İŞİD qüvvələri ilə də döyüşdüyünü bildirir.

İndi də Bayır-bucaqda olan türkmənləri sürdükdən sonra Suriyanın gələcəyində türkmənlərə rol verməməyə çalışırlar. Bosniyada öncə boşnak qardaşlarımızı qətl edib, sonra da qatilləri ilə birlikdə masaya oturtdular. İndi də Rusiya eynisini türkmənlərə qarşı etməyə çalışır.
Abdurrahman Mustafa

Əbdürrəhman Mustafa İran İslam Respublikasının isə Rusiyadan çox daha öncə Əsəd hakimiyyəti güc itirməyə başladığı zamandan bəri bölgəyə gəldiyini deyir.

“İlk başda Əsəd öz gücünü itirdikdən sonra Livan Hizbullahını gətirdi. O da yetmədi, yenə güc itirdi. Ondan sonra İran müdaxilə etdi. İran üç ildir oradadır. Zatən Sepah qüvvələri hər yerdə var. General Qasim Süleymaninin Hələbdə də görüntüləri var. Daha öncə Hələbin quzeyində də boy göstərdi. Ancaq, orada bizim birliklər Suriya Azad Ordusu ilə bərabər savaşırlar. İranın da öz planları var bölgədə İnsanların qanı üzərindən öz çıxarını əldə etməyə çalışır. Ən başda da türkmənlərin üzərinə hücum edir.”

“Biz dünya ictimaiyyətindən digər bölgələrdə göstərdikləri həssaslığı türkmənlər üçün də göstərmələrini gözləyirik. Türkiyə xaricində bizə insani yöndən, digər yönlərdən dəstək verən olmadı. Dünya ictimaiyyətindən, özəlliklə türk dövlətlərindən duyarlılıq və həssaslıq gözləyirik,” deyə Türkmən Məclisinin Başqanı təmsil etdiyi toplumun xaricdən lazimı dəstəyi ala bilmədiyini önə çəkir.