ABŞ Dövlət Departamenti Ukrayna münaqişəsinə cavab mövqeyinin dəyişdirilməsinə hələ qərar verilmədiyini bəyan edib. Departamentin sözçüsü Jen Psaki bildirib ki, Amerika Ukrayna ilə bağlı siyasətini nəzərdən keçirir. Belə ki, ABŞ-ı nəzarətləri altında olan əraziləri genişləndirmək niyyətində olan separatistlərin zorakılıqları narahat edir.