Yaponiyanın şimalında 6.1 bal gücündə zəlzələ baş verib

Şənbə günü Yaponiyanın şimal Hokkaydo adasında 6.1 bal gücündə zəlzələ baş verib. Rəsmilər bildirib ki, ərazidə tsunami ilə bağlı xəbərdarlıq edilməyib.

Yer Elmləri və Fəlakətlərə Dayanıqlılıq üzrə Milli Tədqiqat İnstitutunun məlumatına görə, zəlzələ Nemuro yarımadası yaxınlığında 61 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə dərhal məlumat verilməyib.

Hokkaydonun iki bələdiyyəsində zəlzələ Yaponiyanın 7 ballıq intesivlik şkalasında “aşağı 5” səviyyəsi kimi qeyd olunub.

Yaponiyanın Metereoloji Agentliyinin məlumatına görə, bu güclə zəlzələdə adətən rəflərdəki əşyalar düşə, divara yapışdırılmayan mebel hərəkət edə bilər.