Dünya Təmizlik Günü Türkan çimərləyində təmizlik aksiyası keçirilib

Your browser doesn’t support HTML5

Sentyabrın 18-i Dünya Təmizlik Günü kimi qeyd edilir. Bu il həmin gün 24 saat ərzində təxmini 180 ölkədə könüllülər tərəfindən müxtəlif növ təmizlik aksiyaları təşkil edilib. Bu ölkələr sırasına Azərbaycandan da könüllülər qoşulub. Bu səbəbdən DANMA kimi tanınan Dayanıqlı Azərbaycan Naminə Milli Alyansı-nın təşkilatçılğı ilə Türkan qəsəbəsində Xəzər dənizi ətrafında təmizlik aksiyası keçirilib. Qeyd edək ki, ötən il Dünya Təmizlik günü münasibəti ilə, 19 sentyabrda keçirilən qlobal aksiyalarda 166 ölkədən 11 milyondan çox könüllü iştirak edib.