Dünya liderləri anti-semitizmlə mübarizə toplantısına qatılıb

Onlarla dünya lideri Holokostu anmaq və müasir anti-semitizmə qarşı mübarizəyə yönəlmiş böyük toplantıda iştirak etmək üçün cümə axşamı Qüdsdə bir araya gəlib.

Auşvitz ölüm düşərgəsinin azad edilməsinin 75-ci ildönümü ilə üst-üstə düşən Ümumdünya Holokost Forumuna qatılan 40-dan çox yüksək səviyyəli rəsmi arasında Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Britaniya şahzadəsi Çarlz, ABŞ-ın vitse-prezident Mayk Pens, eləcə də Almaniya, İtaliya və Avstriya prezidentləri var.

Pens və Putinin Qüdsdə əsas tədbirdən əvvəl və sonra İsrailin rəhbərləri ilə görüşləri planlaşdırılıb.

Qüdsün Yad Vaşem Holokost memorialında üç saat davam edən "Holokostu xatırlayaq: Anti-semitizmə qarşı mübarizə" adlı tədbirin məqsədi Avropa və dünyada yəhudilərə qarşı zorakılığın artdığı bir vaxt birlik olub Avropa Yəhudilərinin soyqırımını anmaqdır.