Cons Hopkins Resurs Mərkəzinin bildirdiyinə görə, COVID-19 dünya boyu 3 milyondan çox insanın həyatını itirməsinə səbəb olub.
Mərkəzin vebsaytında yerləşdirilən məlumatda deyilir ki, şənbə gününə olan məlumata görə, ölənlərin sayı 3,001,068 keçib.
Əsas vaksin istehsalçılarından biri olan Hindistan şənbə günü son bir sutka ərzində 230,000 yeni yoluxmanın qeydə alındığını bildirib.
ABŞ-da hər gün milyonlarla insan peyvənd olunsa da, Cons Hopkinsin bildirdiyinə görə, Birləşmiş Ştatlar 31.5 milyon yoluxma ilə dünya ölkələri arasında birinci yerdə gəlir. Hindistan 14.5 milyon yoluxma ilə üçüncü, BRaziliya isə 13.8 milyon yoluxma ilə üçüncü yerdə gəlir.
Kanadanın ən böyük vilayətində yoluxmaların artması yeni sərt məhdudiyyətlərin tətbiq olunmasına gətirib çıxarıb. Virusa yoluxan Ontario sakinləri indi evlərində altı həftə müddətində karantində qalmalıdırlar. Bundan əlavə Ontario polisinə evlərini tərk edən insanlara hara getdiklərini soruşmaq səlahiyyəti verilib.
İtaliyanın baş naziri Mario Dragi cümə günü ölkənin aprelin 26-dan başlayaraq bəzi sərt məhdudiyyətləri yüngülləşdirməyə başlayacağını elan edib.
Dragi Romada keçirilən mətbuat konfransında deyib ki, üstünlük restoranlar kimi açıq hava məkanlarına veriləcək və bütün məktəblər açılacaq.
Baş nazir ölkənin COVID-19-un yayılmasına qarşı mübarizədəki irəliləyişi ilə bağlı “ehtiyatlı nikbinliyini” ifadə edib və bəzi kiçik irəliləyişlərin olduğunu deyib.
Amma o deyib ki, hökumət insanların maska taxmağa və sosial məsafə qaydalara əməl etmələri şərtilə məhdduiyyətləri aradan qaldırmaqla risk alır. .
Bu addım Ümumdünya Səhiyyə Təşkilatı qlobal COVID-19 hallarında artımla bağlı narahatlığını ifadə etdiyi günə təsadüf edib.
ÜST-nın baş direktoru Tedros Adhanom Ghebreyesus cümə günü keçirilən mətbuat konfransında deyib ki, həftəlik yeni yoluxmalar son iki ayda ikiqat artıb və pandemiya başlayandan bəri ən yüksək yoluxma səviyyəsinə çatmağa yaxınlaşır.
O bildirib ki, yoluxm halları fevral ayında altı həftəlik azalmadan sonra davamlı şəkildə artmağa başlayıb.