Azərbaycanda qarşıdan parlament seçkiləri yaxınlaşır. Uzun illər demokratik seçki praktikasının mövcud olmadığı Azərbaycanda müşahidəçilər bu dəfə ciddi fərqlərin olub-olmayacağını izləyirlər. Ölkə müxalifəti repressiv ab-havanın dəyişmədiyindən və bir sıra hallarda daha da sərtləşdiyindən şikayət edir. Bu arada Azərbaycanın mənsub olduğu Avropa qurumları səsvermənin ədalətli keçməsi üçün ölkədə bir sıra proqramlar, treyninqlər və müşahidəçi missiyaları təşkil edib. Bu amillər seçki prosesinə necə təsir göstərir? Azərbaycanda şəffaf seçkilərin keçirilməsi üçün müvafiq mühit mövcuddurmu? Bu sualları cavablandırmaq üçün dəyirmi masa söhbətimizə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanov və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin rəhbəri Məhərrəm Zülfüqarlını dəvət etdik. (Söhbətimizin ses yazısını yuxarıdakı MP3 faylından dinləyə bilərsiniz)