ABŞ prezidenti Barak Obama dünyanın ən yeni dövləti olan Cənubi Sudana səfir vəzifəsinə dövlət katibinin müavini Suzan Peyci nominasiya edib. Suzan Peyc Amerikanın Sudan, Keniya, Ruanda və Bostvanadakı xarici xidmətlərində çalışıb.
Onun nominasiyası Konqresin təsdiqini tələb edir. Cənubi Sudan yanvar ayında keçirilən referendumun nəticəsi olaraq, ötən ay dövlət elan edilib.