Dünyada yüz minlərlə qadının döş implantasiyalarının qüsurlu olduğu deyilir

  • Amerikanın səsi

Dünyada yüz minlərlə qadının döş implantasiyalarının qüsurlu olduğu deyilir

Fransada 30 min, dünyada isə yüz minlərlə qadın qüsurlu döş implantasiyalarını çıxarmağa məcbur ola bilər. Buna xərçəng xəstəliyi problemi yol açıb. Səhiyyə rəsmilərinin bildirdiyinə görə, Poly Implant Prothese (PIP) şirkətinin istehsal etdiyi süni döşlər hazırlandığı silikonların tibbi qaydalara cavab vermədiyi aşkar edildikdən sonra istifadədən çıxarılıb. Rəsmilər PİP şirkətinin istehsal etdiyi implantların 87 faizinin ixrac edildiyini və dünyada 400 minə yaxın qadının implantasiya qurbanı olduğunu bildirir.

Britaniyanın səhiyyə məhsulları tənzimləyicisi MHRA isə döş xərçəngi ilə implantasiyaların heç bir əlaqəsi olmadığını deyir və qadınlara həkimlərə müraciət etməyi məsləhət görür.