ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda jurnalist Rasim Əliyevin qətlə yetirilməsini qınayıb.
Miyatoviçin avqustun 11-də prezident İlham Əliyevə göndərdiyi məktubunda ölkədə media azadlığının sürətlə pisləşdiyini qeyd edib Əliyevi jurnalistlərin təhlükəsizliyini təmin etmyə çağırıb
Məktubda həmçinin hədə qorxu ilə həbs olunan jurnalistlərin məsələsinin dəfələlrə qaldırıldığını xatırladıb.
"Təəssüf ki, heç bir iş görülməyib", Miyatoviç prezidentə məktubunda yazıb.
"Rasim Əliyevin faciəli ölümü hamımız üçün öyüd-nəsihətdir. Bir şey etmək lazımdır", o qeyd edib.