2018-ci il Dünya Kuboku ilə bağlı narahatlıqlar artır [Video]

Your browser doesn’t support HTML5

2018-ci il Dünya Kuboku ilə bağlı narahatlıqlar artır

Avro 2016 Çempionatını izləmək üçün Fransann Lil şəhərində toplaşan rus və ingilis futbol azarkeşləri arasında yenidən qarşıdurma yaranıb. Avropalı təşkilatçılar Rusiyanı çempionatdan uzaqlaşdırmaqla hədələyib. Bu arada, xuliqanlar və ultra-sağçı siyasi qruplar arasında bağlantılar artdığı üçün, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Kuboku ilə bağlı da narahatlıq artır.

Rusiyada neo-nasist xuliqanlığı problemdir. Bu, yeni fenomen deyil, amma Avropa Kuboku bunun üzə çıxmasına yardım edir, çünki çempionat zamanı onlar nasist cəhətlər sərgiləyirlər.
Alberto Testa

Belə bağlanmış kamera ilə çəkilən videoda rus xuliqanların ötən həftə Marsel küçələrini dağıtdığı göstərilir. Bir inglis azarkeş yerə yıxılır və dəfələrlə təpiklənir. Digərləri isə qovulur və vurulur. Kriminoloq Alberto Testa deyir ki, video xuliqanların təbliğatının bir hissəsidir.

“Rusiyada neo-nasist xuliqanlığı problemdir. Bu, yeni fenomen deyil, amma Avropa Kuboku bunun üzə çıxmasına yardım edir, çünki çempionat zamanı onlar nasist cəhətlər sərgiləyirlər,” deyə o bildirir.

Rusiyanın ulta-millətçi azarkeşləri burada özlərini Kremlin geosiyasi döyüşündə iştirak etdikləri kimi hiss edirlər .

“Bəzilərinin hərbi keçmişi var. Adətən onlar boks və döyüş sənətlərini yaxşı bilirlər. Ona görə də yetirəcəkləri şiddət və zorakılıqları diqqətli və detallı bir şəkildə planlaşdırıırlar,”Testa deyir.

Hətta bəzi hökümət rəsmiləri də onları dəstəkləyir. Rusiya futbol ittifaqının icraçı komitə üzvü və qanunverici İqor Lebedev Marsel qarşıdurmasından sonra Twitterdə “Afərin, sükanı belə saxlayın” yazıb. Ancaq daha sonra o şiddətə göz yumduğuna dair iddiaları rədd edib və Fransa polisini günahlandırıb.

Rus azarkeşlər Avro 2016 çempionatında

“Onlar Avropa çempionatı kimi böyük idman tədbirinə ev sahibliyi etməyə hazır olmadıqlarını göstərdi,” deyə Lebedev bildirib.

Moskvada da bəziləri rus azarkeşləri dəstəkləyib.

“Bu insanlar vətənpərvərdir. Onlar şərəflərini qoruyur,” bir Moskva sakibi bildirib.

Digər bir şəhər sakini isə “Fikrimcə Rusiya tərəfini cəzalandırmaq ədalətsizlikdir, çünki davanı başladan ingilislər olub” deyib.

Dünya Kubokunda bu qrup tərəfindən təhlükə olacaq, ancaq inglis xuliqanların da təhlükə yarada biləcəyini də qeyd etmək lazımdır.
Alberto Testa

Təhlilçilər deyir ki, Avropa boyu zorakı azarkeşlərdən ibarət qruplar daha mütəşəkkil olmağa başlayır. Onların çoxunun anti-İslamçı Pegida hərəkatı kimi ultra-sağçı qruplarla əlaqələri var.

“Bunlar hamısı Almaniyada “Yeni Ovçular” adlı neo-nasisit xuliqanlarla başladı. Amma onların İngiltərədə də Pegida UK adlı bir qolu var, və təəcüblü deyil ki, qrup köhnə xuliqan tərəfindən idarə olunur," deyə testa bildirib.

Rusiya 2018-ci ildə Dünya Kubokuna ev sahibliyi edəcək. Rus azarkeşlərin Fransadakı əməlləri ilə təhlükəsizliklə bağlı narahtlığa səbəb olub.

Testa: “Dünya Kubokunda bu qrup tərəfindən təhlükə olacaq, ancaq inglis xuliqanların da təhlükə yarada biləcəyini də qeyd etmək lazımdır.”

Testa qorxur ki, ultra-sağçı siyasi qüvvələr və yüksək səviyyədə mütəşəkkil olunan xuliqanlar təkcə rəqibləri deyil, siyasi rəqib və azlıq qrupları də hədəf almaq üzərində razılaşa bilərlər.