Dünya Bankı yeni HİV infeksiyası ilə mübarizə səylərini artırmağa çağırıb

  • Amerikanın səsi

Dünya Bankı Afrika dövlətlərini və beynəlxalq donor təşkilatlarını müalicə xərclərinə nəzarət edə bilmək üçün yeni HİV infeksiyasının qarşısını almaq istiqamətində səylərini artırmağa çağırıb. Yeni çıxardığı hesabatda bank rəsmiləri yarı-səhra Afrika ölkələrinə işarə edərək bildirib ki, yeni HİV infeksiyasının kəskin şəkildə azaldılmaması nəticəsində mövcud müalicə proqramları effektsiz ola bilər. Hesabatda deyilir ki, HİV və QİÇS-dən müalicə xərcləri təqaüd proqramı kimidir. Bu kimi sahələri hökumət necə olursa olsun maliyyələşdirməlidir. Hesabatlardan birinin müəllifi Markus Haker deyir ki, problemin ağırlığı virus faizinin yüksək olduğu ölkələr deyil, əksinə hər bir yeni infeksiya ilə mübarizə aparmaq üçün resurs çatışmazlığı ilə üzləşən az gəlirli ölkələrin üzərinə düşür.