Honq Konqda nəhəng ördək suya buraxılıb

Bu gün yerli sakinlər və turistlər Honq Konqun Viktoria limanında suya buraxılmış nəhəng rezin ördəyi izləmək üçün toplaşıb.

17 metr hündürlüyü olan rezin ördək hollandiyalı sənətkar Florentijn Hofman tərəfindən hazırlanıb və 2007-ci ildən bəri dünya boyu nümayiş etdirilir.

Bundan əvvəl nəhəng ördək Osaka, Sidney, Sao Paulo, Aukland və Amsterdamda nümayiş etdirilib.

Hofmanın sözlərinə görə, böyük dalğalar və güclü külək ördəyin üzməsi üçün çətinlik yaradıb.

35 yaşlı sənətkar deyib ki, ördək sülh mesajı və harmoniya gətirir. Açıq sarı rəngdə olan nəhəng ördək Yeni Zellandiyada böyük yelkənlər inşa edən şirkət tərəfindən hazırlanıb. Güclü külək olduğu təqdirdə ördək sürətlə üzür. Burada o, iyun ayınadək nümayiş etdiriləcək.