Dekabrın 31-də Dubaydakı çoxmərtəbəli “Address Downtown” mehmanxanasında
Baş verən yanğın zamanı mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycanvətəndaşları da olub. İlkin məlumata görəAzərbaycan vətəndaşları arasında xəsarət alan yoxdur.
AZzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Dubay Əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Dubay Əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.
Dekabrın 31-də “Address Downtown” mehmanxanasında yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər basabasda ürək tutmasından ölüb.