ABŞ kiçik dronlar istifadə barədə yeni qanun lahiyəsini açıqlayıb

ABŞ aviasiya agentliyi ticarət məqsədi ilə istifadə olunacaq kiçik dronlar haqda yeni qanunun lahiyəsini açıqlayıb.

Yeni qanuna əsasən pilotsuz təyyarələr ətrafdakılara narahatlıq yaratmadan gündüz vaxtı və saatda 160 kilometrdən artıq sürətlə getməmək şərti ilə uça bilər.

Dron istifadəçilərinə veriləcək sertifikat həmçinin Federal Aviasiya Administrasiyası qanunlarına uyğun olmalıdır.

Qanun üzərində ictimai fikir və dəyişikliklərin bir il ərzində tamamlanması gözlənilir.

Yeni qanun lahiyəsi Ağ Evin bazar günü federal agentliklərə dron istifadəsində vətəndaş hüquqları və özəl həyata müdaxilə haqda göndərdiyi memorandumdan sonra yayımlanıb.

Bu yaxınlarda Ağ Evin həyətində kiçik pilotsuz idarə edilən uçan cihazın tapılması iqamətgaha girişin məhdudlaşdırılmasına səbəb olmuşdu.

Daha sonra uçan qurğunun sahibi məsuliyyəti öz üzərinə götürüb və təsadüfən cihaza nəzarəti itirdiyini deyib. Rəsmilər onun Vaşinqton sakini olduğunu və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.