İyulun 11-də 4 İŞİD liderinin öldürüldüyü təsdiq edilib

ABŞ ordusu iyulun 11-də hava zərbələri nəticəsində daha 4 İŞİD liderinin öldürüldüyünü təsdiq edib.

Əfqanıstanın şimal-şərqində həyata keçirlən əməliyyat zamanı terrorçu qrupun əsas lideri də öldürülüb.

Dron hücumları nəticəsində Kunar vilayətində İŞİD-in əmiri Əbu Sayed aradan götürülüb.

Ordunun bəyanatında İslam Dövlətinin öldürülən 4 müşaviri - Şeyx Zeyillah, Mülavi Hübeyb, Hacı Şirullah və Əsadullahın adları sadalanıb.

Nanqaharla sərhəd Kunar və digər rayonlar İŞİD-in istehkamlarına çevrilib.

Əfqanıstanın təhlükəsizlik qüvvələri ABŞ-ın havadan yardımı ilə bu vilayətdə İŞİD-in bazalarının məhvi üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir.