Dövlət Duması Dmitri Medvedevi baş nazir vəzifəsinə təsdiq edib

  • Amerikanın səsi

Rusiya parlamentinin aşağı palatası-Dövlət Duması Dmitri Medvedevi baş nazir vəzifəsinə təsdiq edib. 299 lehinə, 144 əleyhinə səslə əldə edilən təsdiqlə Medvedev yenicə inaqurasiyası keçirilən Vladimir Putini əvəz edəcək.

Bu yerdəyişmə bir çox rusiyaalının etirazı ilə qarşılanıb. Kreml yaxınlığında keçirilən nümayiş polis tərəfindən dağıdılıb. Müxalifət blogeri Aleksey Navalnı və Sol Çinah Cəbhəsi hərəkatının lideri Sergey Udaltsov da daxil edilməklə, bir neçə adam nəzarət altına alınıb.