Birləşmiş Ştatlar dövlət sirrinin sızıdırılmasında ittiham edilmiş Cumhuriyyət qəzetinin redaktoru Can Dündar və qəzetin Ankara bürosunun başçısı Erdem Gülün həbsə məhkum edilməsindan narahatlığını bildirib.
Türkiyə rəsmilərini demokratiya və açıq cəmiyyətin mühüm elementi olan müstəqil və məhdudiyyətsiz medianı dəstəkləməyə çağırırıq
Dövlət Departamentinin sözçüsü Con Kirbinin açıqladığı bəyanatda ABŞ Türkiyəni müstəqil medianı dəstəkləməyə çağırıb."Biz Birləşmiş Ştatların ifadə azadlığını dəstəklədiyini bir daha təkrar edirik və Türkiyə rəsmilərini demokratiya və açıq cəmiyyətin mühüm elementi olan müstəqil və məhdudiyyətsiz medianı dəstəkləməyə çağırırıq."
Dövlət Departamentinin açıqlamasında ABŞ və Türkiyə arasında dostluq və müttəfiq münasibətlər vurğulanıb: "Türkiyənin dostu və NATO müttəfiqi kimi biz Türkiyəni bir daha ədalətli məhkəmə, müstəqil ədliyyə sistemi və ifadə azadlığı da daxil edilməklə demokratiya prinsiplərinə dair öz konstitusiyasında təsbit edilmiş və ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq."