Doğum səviyyəsinin enməsi ilə sosial təminat proqramlarının ixtisar ediləcəyinə dair narahatlıqlar artır

Doğum səviyyəsinin enməsi ilə sosial təminat proqramlarının ixtisar ediləcəyinə dair narahatlıqlar artır

Pensiyaların ixtisarı bir sıra Avropa ölkəsində hökumətləri pensiya yaşı və vergilərin artırılması kimi islahatlara vadar edib

Doğum səviyyəsinin enməsi ilə insanları sosial təminat proqramlarının ixtisar ediləcəyi narahat edir. Son illərin iqtisadi tənəzzülü hökumətlərin pensiya ödəyə bilməyəcəyinə dair narahatlıqları daha da artırıb. Dünya Bankının araşdırmaları dünyada uşaqların sayının azaldığını göstərir. Sosial Sığorta Akademiyasının tədqiqiatçısı Ben Veghtenin bildirdiyinə görə, doğum səviyyəsinin azalması və iqtisadi tənəzzül yaşlıların pensiya almaq ümidini azaldır.“Pensiya yaşına çatanlar arasında indi və gələcəkdə pensiyaların kifayət etməyəcəyi qorxusu mövcuddur.

Amerikada pensiya vergilərdən ödənir. İkinci Dünya Müharibəsindən sonrakı uşaq artımı illərində doğulanlar hazırda təqaüd yaşına çatıb. Yaxın illərdə pensiya alanların sayı vergi ödəyənlərdən qat-qat artıq olacaq. Sosial təminat üzrə mütəxəssis Maykl Astru problemin 2037-ci ilədək daha da dərinləşəcəyini deyir. “Konqres ölçülər götürməsə, təqaüdə çıxanların yalnız 78 faizi imtiyaz ala biləcək.”

Amerika kimi Çin də bu təhlükə qarşısındadır.

Ben Veghte:“Bir uşaq siyasəti, imtiyaz alanlarla işçi qüvvəsi və ya işləyənlərlə pensiya alanlar arasında fərq fəlakət dərəcəsindədir .

İqtisadi tənəzzül problem daha da dərinləşdirib.Yunanıstanda iflas minlərlə insanın etirazına səbəb olub.

Pensiyaların ixtisarı bir sıra Avropa ölkəsində hökumətləri pensiya yaşı və vergilərin artırılması kimi islahatlara vadar edib. Ben Venghte vəziyyətdən çıxışı mühacirətdə görür.“İşçilərin sayının artırılması ilə işçi qüvvəsi ilə təqaüd alanlar arasındakı fərqi azaltmaq mümkündür. Bu isə vəziyyətin sabitləşməsi deməkdir.

Gələcək nəsillərin təqaüdlə təmin edilməsi üçün qanunvericilər qeyri-populyar və daha ciddi ölçülərə əl atmalıdır.