İranda ikili standartlar və repressiyalar

  • Amerikanın səsi

İranda ikili standartlar və repressiyalar

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalədə İran təhlükəsizlik qüvvələrinin Urmiyə gölünün quruması ilə bağlı dinc nümayişləri dağıtdığı deyilir

İran prezidenti Mahmud Əhmədinejad bu yaxınlarda deyib ki, region ölkələri, görünür, öz ölkəsini nəzərdə tuturmuş, Suriyaya “mühüm islahatların” həyata keçirilməsində kömək edib və əlavə edib ki, hərbi yol həll yolu deyil. Əslində isə İran hökuməti fəal şəkildə Bəşar Əl-Əsəd rejiminə özünün ölkədə şəxsi azadlıqların bütün formaları və müxalif fikrə qarşı istifadə etdiyi repressiv metodlara uyğun olaraq, dinc nümayişləri yatırmağa kömək edib.

Keçən həftələr ərzində İranın təhlükəsizlik qüvvələri ölkənin azərbaycanlıların yaşadığı şimal-qərb bölgəsində Urmiyə gölünün faciəli şəkildə qurumasına etiraz edən dinc nümayişçilərlə toqquşdu. Nümaiyşçilər dünyanın ən böyük göllərindən biri olan Urmiyə gölünə axan çayların qarşısında bəndlərin qoyulmasına və rəsmi Tehranın gölü qorumaq üçün lazımi işləri görmədiyinə etiraz edirlər. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qaz, dəyənəklər və rezin güllələrdən istifadə edib, adi güllələrdən də istifadə edildiyi haqda xəbər verilir. Yüzlərlə insan həbs edilib.

Kavar şəhərində də Gunabadi dərvişlərinə qarşı gücdən istifadə edilib. Yarı-hərbi Bəsic qrupunun üzvləri dərvişlərə silahlarla hücum edərək, gözyaşardıcı qazdan istifadə edib. Bir neçə adamın yaralandığı, bir nəfərin həlak olduğu, habelə sufilərin mağazaları və evlərində yanğınlar törədildiyi haqda məlumat verilib.

Bu arada, Jurnalistləri Müdafiə Komitəsinin xəbər verdiyi kimi İran hökuməti tənqidi mövqe tutan jurnalistlərin susdurulması kampaniyasını davam etdirir. Veteran jurnalist İsa Səhərkezin həbs müddəti artırılıb, İnsan Hüquqları Reportyorlar Komitəsinin yazarı Kohyar Güdarze və onun anası yenidən həbs edilib və komitənin keçmiş üzvü Əli Kalae 7 il həbsə məhkum edilib. Bundan əlavə, rejim daha iki media orqanı olan həftəlik islahatçı dərgi və bir gündəlik qəzeti bağlayıb.

Söz, toplaşmaq və din azadlığı kimi fundamental azadlıqlar bütün dünyada insanlara əzəldən verilmiş fundamental hüquqlardır. Dünyada bütün insanlar kimi suriyalılar və iranlılar da onların hüquqlarını pozan deyil, müdafiə edən və boş söhbətlər və zorakı repressiyaların əvəzinə həqiqi islahatlar aparan hökumətlərə layiqdir.