ABŞ prezidenti Donald Tramp “uyğun zamanda” Şimali Koreya ilə danışıqlar aparmağa açıq olduğunu deyib.
Ağ Evin verdiyi məlumata görə, çərşənbə günü Cənubi Koreya prezidenti Mun Cae-in ilə telefon söhbəti zamanı Tramp Şimali Koreyaya qarşı maksimum təzyiq kampaniyasını davam etdirməyin vacibliyini vurğulayıb.
Vaşinqtonda səfərdə olan Norveç baş naziri Erna Solberqlə birlikdə müxbirlər önündə çıxış edən Tramp “güc yolu ilə sülh” dövrünün başlayacağına ümid bəslədiyni deyib.
“Şübhəsiz bizim Şimali Koreya ilə problemlərimiz var, amma hazırda yaxşı danışqlar gedir. Biz yaxşı enerji görürük. Mən şahid olduğum mənzərəni bəyənirəm,” deyə prezident Tramp bildirib.
Cənubi Koreya bildirir ki, Tramp danışıqlar davam etdiyi müddətdə heç bir hərbi əməliyyatın aparılmayacağına razılaşıb.
Prezident Munun Trampla söhbəti Şimali Koreya və Cənubi Koreyan iki ildə ilk dəfə olaraq danışıqlar keçirəndən sonra baş tutub. Həmin danışıqlar zamanı Şimali Koreya Seulda Qış Olimpiadasında iştirak edəcəyini təsdiq edib.
Çərşənbə Ağ Ev gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında ABŞ deleqasiyasına vitse-prezident Mayk Pensin başçılıq edəcəyini açıqlayıb.