Donald Tramp infrastruktur planını açıqlayıb

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Amerika yolları, körpüləri, limanları və hava limanlarını yeniləmək planını açıqlayıb. O Konqresin növbəti 10 ildə infranstrukturun bərpası üçün 200 milyard dollarlıq büdcəni təsdiqləməsini istəyir və deyir ki, individual ştatlar və özəl sektor da infrastrukturun bərpasına 1.5 -1,7 trilyon dollar sərmaye yatıracaq.