Ukraynanın şərqində keçirilən seçkilərdə separatçıların lideri qalib gəlib

Rusiya tərəfdarı separatçılar Kiyev və Qərbin tanımayacaqlarını elan etdiyi Donetsk Xalq Respublakasında keçirilən seçkilərdə separatçıların lideri Aleksander Zaxarçenkonun qalib gəlidiyini elan edib. Seçki rəsmiləri baş nazir vəzifəsini icra edəcək Zaxarçenkonun seçkilərdə 79 faiz səs topladığnı bildirib.

Bazar günü keçirilən seçkilərin məqsədi separatistlərin nəzarətinə olan Luqansk və Donetsk regionlarının parlamentinə üzvlər və liderlər seçməkdən ibarətdir.

Avropa İttifaqı və ABŞ separatçıların səsverməsini qeyri-qanuni adlandıraraq, bunun Ukrayna konstitusiyası və sentyabr ayının 5-də əldə edilən atəşkəsə zidd olduğunu bildirib.

Avropa Birliyi Xarici Siyasət şöbəsinin yeni rəhbəri Federika Moqerini qurumun seçkilərin nəticələrini tanımayacağını və belə bir addımın Ukraynada sülhün bərpasına maneə törədəcəyini bəyan edib.