Donbasda 9 Ukrayna hərbi qulluqçusu həlak olub

Ukraynanın şərqi Donbas vilayətindəki döyüşdə doqquz Ukrayna hərbi qulluqçusu həlak olub, 5 nəfər yaralanıb. Bu barədə iyulun 20-də Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna rəsmi xəbər agentliyi yazır ki, rusiyayönümlü separatçılar hökumət qoşunlarının mövqelərini iriçaplı artilleriyadan atəşə tutub. Bildirilir ki, nəticədə yaşayış evinə də zərər dəyib, amma dinc əhali arasında ölənlərin olması barədə hər hansı məlumat yoxdur.

Özünü “Donetsk Xalq Respublikası” (DXR) elan etmiş hökumət isə bəyan edib ki, Ukrayna ordusu sutka ərzində 30 dəfə atəşkəsi pozub, Trudovski kəndinin iki sakini yaralanıb. Bu məlumatın müstəqil mənbələrdən təsdiqi yoxdur.

Donbasda gedən müharibədəson üç il ərzində 3 mindən çox dinc sakinin öldüyü bildirilir. Kiyev və Qərb ölkələri Rusiyanı separatçılara silahlı dəstək verməkdə günahlandırır. Kreml isə bu ittihamları rədd edir.