Dominik Ştraus Kana qarşı ittihamlar geri götürülə bilər

  • Amerikanın səsi

Dominik Ştraus Kana qarşı ittihamlar geri götürülə bilər

Beynəlxalq Valyuta Fondunun sabiq direktoru Dominik Ştraus Kana qarşı seksual ittihamlar geri götürülə bilər. Onu zorlama cəhdində ittiham edən Nafissato Diallonun vəkili bildirib ki, müdafiə etdiyi şəxs şikayətini bu gün geri götürəcək. Qeyd edək ki, cənab Kan bu ittihamlarla həbs edilmişdi. Nyu-York mediasının bildirdiyinə görə, prokurorluq məhkəmə işini rəsmən sabah ləvğ edəcək. Belə ki, iddiaçının çikayətləri onu məhkəm qarşısında etibardan sala bilər.