"Xalqın hökumətə etimadı qalmayıb"

Mehdi Nəimi İran-İraq müharibəsindən sonrakı dönəmdə belə İran iqtisadiyyatının indiki qədər sarsıntılı bir vəziyyətdə olmadığını vurğulayır. Amerikanın Səsinə danışan iqtisadçının sözlərinə görə, ölkə iqtisadiyyatı keçmiş dönəmlərdə olduğu kimi bu gün də xəstə vəziyyətindədir, amma indi həm dövlət qurumlarındakı yeyinti və korrupsiya artmış, həm də əhalinin keçmişdəki qədər dövlətə etimadı qalmayıb.

Your browser doesn’t support HTML5

“Dollarla pul qazanıb, maaşları rialla ödəyən İslam Respublikası...”


“İranın iqtisadiyyatı dövlətə bağlı və rent iqtisadiyyatıdır. Bu, xəstəliyə tutulmuş bir iqtisadiyyat sayılar. Çünki təməl daşları yanlış qoyulmuş. Günümüzə gəldikcə də mənfi cəhətləri daha ağır şəkildə üzə çıxmış və kontrololunmaz bir hal almışdır,” Mehdi Nəimi söyləyir.

Dövlət hər yerdə müdaxilə edə bilir. İstədiyi zaman medianı da yönlədirib, bazara yanlış məlumat da verə bilir. Doları bazara gətirən də dövlət özüdür.

O, İran-İraq müharibəsindən sonrakı dövrdə belə iqtisadiyyatın bu qədər sarsıntılı durumda olmadığını deyir:

“İranın Mərkəzi Bankının verdiyi rəqəmlərə görə, İran-İraq müharibəsindən sonra inflyasiya səviyyəsi 49 faizə çatmışdı. Yəni ən yüksək səviyyə o dönəmdə olub. Amma o dönəm iqtisadiyyat indiki qədər sarsıntılı olmamışdı. Çünki, o zaman deyilirdi ki, konstruksiya dönəmidir... Xarici valyutanın qiymətini nəzərdə tutsaq, inflyasiya daha çoxdur...”

ABŞ sanksiyaları ilə üzləşən rial dollar qarşısında çöküb.

Mehdi Nəimi əhalinin dövlət qurumlarına etimadının büsbütün itdiyini qeyd edir:

"Keçmişdə yeyinti və korrupsiya bu qədər deyildi. Yeyinti artıq toplumun alt səviyyələrində də çoxalıb."

Bəzi müxaliflər İslam Respublikasının “dolların qiyməti ilə oynadığını” irəli sürürlər. Mehdi Nəimi isə tamamilə dövlətə bağlı bir iqtisadiyyata sahib olan İranda bunun mümkün olduğunu deyir.

Yeyinti və korrupsiya çoxalıb. Əhalinin dövlət qurumlarına etimadı itib.

Onun dediklərinə görə, “İranda Mərkəzi Bankın müstəqilliyi olmadığı üçün hakimiyyətin əli açıq olur. Yəni sərbəst market, sərbəst iqtisadiyyat olmadığı üçün dövlət hər yerə müdaxilə edə bilir. İstədiyi zaman medianı da yönləndirib, bazara yanlış məlumat verə bilir. Dolları bazara gətirən də dövlət özüdür.”

Nəimi İranda hökumətin xarici valyuta üzərində az qala total nəzarətə sahib olduğunu vurğulayır:

“İran dövləti neft və qazı dollara satır. Yəni dollarla qazanır və maaşları rialla ödəyir... Buna görə, dolların bahalaşması bu dövlətin xeyrinə ola bilər.”