Bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat verib
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bank tərəfindən hər biri 50 mln. ABŞ dolları olmaqla, ümumilikdə 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
ARDNF-dan məlumatına görə, vəsait 24 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, indiyədək 50 mln. dollardan çox vəsait çıxarılmayıb.
Ötən il Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.