Rusiya prezidenti Dmitri Medvedev suriyalı həmkarı Bəşar Əl-Əsədin vəd etdiyi islahatları həyata keçirmədiyi təqdirdə, onun aqibətinin açınacaqlı olacağını deyib. Bu gün verdiyi bəyanatında Medvedev deyib ki, Əl-Əsəd islahatları təcili şəkildə həyata keçirməli ,sülhü bərqərar etməli və müasir bir dövlət qurmalıdır. Rusiyanın Soçi şəhərində danışan dövlət başçısı bildirib ki, Suriyada vəziyyətin dəyişməsi iğtişaşları dayandıra bilər. Rusiya BMT-nin Təhlükəslik Şurasının tənqidlərini dəstəklədiyini bildirir. Lakin Rusiya prezidenti Qərbin Suriyanın daxili işlərinə müdaxiləsinin əleyhinə olduğunu deyib. Rusiya Sovet dövründən Suriya ilə yaxın əlaqələrə malikdir.