Vəkil Yalçın İmanovun Amerikanın Səsinə müsahibəsi
Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində azadxeber.org saytının baş redaktoru Nicat Əliyevin və 9 dindarın işi üzrə məhkəmə prosesində yekun çıxışlar başlayıb.
Nicat Əliyev Cinayət Məcəlləsinin 234.1 (qanunsuz narkotik saxlama), 167-2.2.1 (bir qrup şəxs tərəfindən dini ədəbiyyat yayılması), 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışlar) və 283.2.2-ci (milli, irqi və dini ayrı-seçkiliyin salınması) maddələri ilə ittiham olunur.
Əliyev və digər 9 dindar 2012-ci ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində cinayət məsuliyyətinə cəlb edilib. Onlar Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən və gey parad keçirilməsinə etiraz yer alan vərəqələr, videodisklər yaymaqda ittiham olunur.
Bu gün keçirilən iclasda N.Əliyevin vəkilləri Yalçın İmanov və Əbil Bayramov məhkəməni təqsiri sübuta yetirilmədiyi üçün N.Əliyevə bəraət verməyə çağırıblar.
Bundan başqa, vəkillər məhkəmədən Yasamal rayon polis idarəsinin müstəntiqi Canəli Nuriyev və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Mehdi Mirzəyev barəsində xüsusi qərar çıxarılmasını istəyiblər. Müdafiə tərəfin fikrinə görə, onlar işi saxtalaşdırıblar.
Müdafiə tərəfi həmçinin jurnalistin üzərinə narkotik qoymuş və ona qarşı işgəncəyə yol vermiş – iki dişini qırmış Yasamal rayon 27-ci polis şöbəsinin əməkdaşlarının məsuliyyətə cəlb edilməsində israr edir.
Prosesdə daha iki təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər. Onlar da məhkəmədən müvəkkillərinə bəraət verilməsini istəyiblər.
Digər vəkillərin çıxışları noyabrın 21-də keçiriləcək növbəti iclasda olacaq.
Müttəhimlər onlara qarşı irəli sürülmüş ittihamları təkzib edirlər. Onlar məhkəmədə polis şöbəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Jurnalist təşkilatları Nicat Əliyevin ifadə azadlığına görə təqib edildiyini hesab edirlər.
Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində məhkəməni istintaqın davamı adlandırıb.
“Məhkəmə istintaqı ibtidai istintaqdan fərqli deyil” , o qeyd edib.
Vəkil Nicat Əliyevin həbsini azad fikrin susdurulması adlandırıb. Dindarlar sifariş əsasında həbs edilib və onların hər hansı günahı yoxdur.