Dindar fəal həbs edilib

«Müsəlman Birliyi» Hərəkatı

Müsəlman Birliyi Hərəkatının (MBH) fəalı Alik Aslanov polisə tabe olmamaq ittihamı ilə 15 sutka inzibati qaydada həbs edilib. Bu qərarı iyunun 10-da İmişli rayon Məhkəməsi verib.

MBH-nin məlumatına görə, Aslanov iyunun 9-da Bakıda metronun "Nərimanov" stansiyası yaxınlığında saxlanılıb. O, onunla görüşmək istəyən İmişli rayon polis əməkdaşlarının telefon zəngindən sonra oraya gedib.

Bir müddət əvvəl Aslanov ölkə prezidenti İlham Əliyevə məscidləri açmaq xahişi ilə müraciət edib. 6-7 iyun sərt karantin rejimi ərəfəsində isə o, Facebook-da "Altıncı vəbazar günləri evdə qalmağa yox deyirik, polislərin bu xalqa hörmət etmələrini tələb edirik" yazısı dərc edib.

MBH-də hesab edirlər ki, həbsin əsl səbəbi məhz bu olub.

Rəsmi qurmlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.