Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix doktoru Dilavər Əzimli Ameriknaın Səsinə müsahibəsində İkincü Dünya Müharibəsinin nəticələrinin Azərbaycana verdiyi dərslərdən danışıb.
Amerikanın Səsi: İlkinci Dünya Müharibəsinin başa çatmasından 75 il ötür. Buna baxmayaraq Azərbaycanda bir qism insanlar hələ də bu müharibəni Böyük Vətən Müharibəsi adlandırır. Sizcə bu müharibə müstəqil Azərbaycan Respublikasında necə adlandırılmalıdır?
Bu müharibəyə İkinci Dünya Müharibəsinin tərkib hissəsi kimi 1941-1945-ci illər müharibəsi kimi yanaşırıq. Bu bizim tarix institutunun bərmənalı rəyidir.
Dilavər Əzimli: Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun birmənalı elmi rəyi var. Bu müharibəyə İkinci Dünya Müharibəsinin tərkib hissəsi kimi 1941-1945-ci illər müharibəsi kimi yanaşır. Bu bizim tarix institutunun bərmənalı rəyidir. Bunun da əsasları var. Əsaslar ondan ibarətdir ki, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Rusiyanın hərbi hissələri Azərbaycanı işğal etdi. Azərbaycanın qanuni dövlətini süqut etdirdi. Azərbaycanın qanuni hökumətinin bolşeviklərə verdiyi müddəalara əməl olunmadı. Sonra 1922-ci ildə Rusiyanın təşəbbüsü ilə yaranan SSRİ də bu işğalı təsbit etmədi. İşğal qüvvəsində qaldı. Bu mənada hesab edirik ki, İkinci Dünya Müharibəsinin tərkib hissəsi kimi 1941-1945-ci il müharibəsidir. İkinci əsas məsələ, dünya tarixində, müharibələr tarixində belə terminlər, adlar yoxdur. Bu, yalnız SSRİ dönəmində, 1945-ci ildən sonra, SSRİ-ni vətən kimi beyinlərə yeritmək üçün sovet tarixçilərinin uydurduğu saxta addır.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: İkinci Dünya Müharibəsi dövründə Azərbaycan xalqının itkiləri nə olub? Müharibədə insanlıq əleyhinə cinayətin aradan qaldırılmasında Azərbaycan xalqı hansı töhfələr verib?
Dilavər Əzimli: Azərbaycanın bu müharibədə dünya əhəmiyyətli gördüyü işlər olub. Əgər Bakı nefti olmasa idi, bəlkə də bu müharibənin taleyini həll etmək olmazdı. Yusif Məmmədəliyev kimi şəxsiyyətlər o zaman kimyəvi partlayıcı maddələr düzəltdilər ki, bundan qabaq alman tanklarının qarşısını almaq mümkün deyildi. Bundan əlavə, minlərlə insanlarımız həlak oldu. Hesab edirəm ki, müharibədə üz-üzə gələn eyni sistem, biri faşizmi idi, biri də kommunizmi idi. Faşizmin aradan qaldırlmasında Azərbaycanın da mühüm rolu olub.
Amerikanın Səsi: Azərbaycanlılar cəbhənin hər iki tərəfində döyüşüb. Əqidələri və arzuları nə olub?
Müharibədə olan insanların nə qədəri SSRİ-ni vətən sayırdı?
Dilavər Əzimli: Bunu SSRİ-nin mahiyyətində axtarmaq lazımdır. Gəlin belə sual verək. Müharibədə olan insanların nə qədəri SSRİ-ni vətən sayırdı? Mən üç nəslimi misal gəstərə bilərəm. Babam, atam və mən. Babam birmənalı şəkildə Azərbaycanın qanuni dövlətinin süqut etdirilməsinə həmişə ağlayaradı. Əmim müharibədən qaçıb. Digər əmim isə SSRİ tərəfdən müharibəyə getsə də almanlar tərəfə keçib və Azərbaycan legionunda xidmət edib. İndi, bu kontekstdən yanaşaq. Bu doğrudan, vətən idimi. Baxın, həmin dövrlərdən sonra nə qədər üsyanlar baş verdi. Şəkidə, Qubada, Lənkəranda insanlar öz qanuni dövlətinin arzusunda yaşayırdı. İkinci nəsil insanlar da öz atalarından eşitmişdilər. Bunlar 1920-ci illərdə doğulanlar idi.
Hərgah SSRİ repressiyalar etməsə idi müharibədə qalib gələ bilməzdi. Almanlar bunu hesablamışdılar. Almanlar hesablamışdı ki, müharibəyə başlasalar SSRİ millətlərə parçalanacaq. Amma, repressiyalar SSRİ-ni dağılmaqdan xilas etdi. Çünki, repressiya vasitəsi ilə milli düşərgələri, narazı qüvvələrin hamsısnı məhv etdilər. Yenə, nəticəddə öz istəklərinə nail ola bilmədilər. Müharibədə iştirak edən milyonlıarla insan SSRİ-ni vətən saymadı.
Amerikanın Səsi: İkinci Dünya Müharibəsinin müstəqil Azərbaycan Respublikası üçün tarixi dərsləri nədir?
Dilavər Əzimli: Tarix həm də nəticədir. Buna tarixi proseslərin nəticəsi kimi baxmaq lazımdır. Biz o zaman SSRİ imperiyasının tərkibində idik. Bir anlıq düşünün, Əhəmənilər, Sasanilər, Xilafət dövrü. Baxın, bütün dövrlərdə azərbaycanlılar qəhrəmanlıqlar göstərib. Müharibədə Azərbaycan xalqının qəhrəmanlıq nümumələrini indiki gənclərə aşılamaq lazımdır. Yüzlərlə insan Sovet İttifaqı Qəhrəmanı adını almağa layiq idi.